Olay
Olay

“Çilek” ailə qurur!

“Çilek” ailə qurur!

“Sihirli annem” serialında Çilek obrazı ilə populyarlaşan aktrisa Zeynep Özkaya ailə qurmağa hazırlaşır.

OLAY yazır ki, o, ötən gün 7 illik sevgilisi Oğulcan Candan evilik təklifi alıb.

Bu anları instaqramda paylaşan Zeynep Oğulcanın ona sürpriz etdiyini bildirib.

Təklifi qəbul edən aktrisa görüntüləri izləyiciləri ilə bölüşüb.