Olay
Olay

Castin və Heyli valideyn oldular

Castin və Heyli valideyn oldular

Dünyaca məşhur pop ulduz Castin Biber və həyat yoldaşı, supermodel Heyli Biber ilk dəfə valideyn olublar.

OLAY yazır ki, cütlüyün oğlan övladı dünyaya gəlib. Onlar sevindirici hadisəni sosial şəbəkələrdə paylaşıblar. Ulduz cütlüyə yaxın mənbə, aşiqlərin indi səssiz qalmağını və sevincli andan həzz almaq istədiyini təsdiqləyib.

“Evə xoş gəldin, “Jack Blues Bieber” yazan 30 yaşlı “ata” Castin sosial şəbəkə hesabında belə bir şərhlə xoş xəbəri izləyiciləri ilə bölüşüb. Onun bu fotosunu 8 milyona yaxın insan bəyənib, 330 mindən çox şəxs şərh yazıb.