Olay
Olay

Samir blogerlərə söz atdı - "5-10 dostunuz..."

Samir blogerlərə söz  atdı - "5-10 dostunuz..."

Aparıcı Samir Bayramlı yerli blogerlərin məşhur adlandırılmasını qəbul etmədiyini bildirib.

OLAY yazır ki, o bu barədə “Onda görüşək” verilişində danışıb.

“Blogerlər var, hansı ki, İnstaqram və ya digər yerlərdən məşhur olublar. O məşhurluq deyil. Məşhurluq bütün xalqın tanıdığı bir anlamdır. Hər hansı bir kütlənin sizi tanıması məşhurluq sayılmır. 5-10 nəfər dostunuz sizi dəstəkləyirsə, o demək deyil ki, sən ulduzsan. Efir üçün lazım olurlar. Baxırsan, yazıblar ki, menecerlə əlaqə saxlayın”.