Türkiyənin Isparta bölgəsində 75 yaşlı Sakine Akkul çəhrayı rəngi sevməsi ilə gündəmə gəlib.
OLAY yazır ki, uşaqlığından bəri çəhrayı rəngi çox sevən və evinin hər yerini çəhrayıya boyayan deyir ki, övladlarını da bu rəngə boyamaq istəyir.
“Əlimdən gəlsə, oğlumu və qızımı da çəhrayıya boyayaram. Onlara da çəhrayı-çəhrayı baxaram, çünki bu rəngi çox sevirəm. Məzarı daşım çəhrayı olsun, evimin giriş qapısı kimi. Hər kəs mənim məzarımı görsün”, - deyə, Sakine bildirib.