Olay
Olay

İki gəlinlik, məşhur qonaqlar və “Yalı çapkın”ları...

İki gəlinlik, məşhur qonaqlar və “Yalı çapkın”ları...

“Yalı çapkını” serialında Suna və Abidin obrazlarını canlandıran aktyorlar Beril Pozam və Ersin Arıcı ötən gün evlənib.

OLAY yazır ki, cütlüyün çəkiliş meydançasında başlayan dostluqları zamanla eşqə çevirilmişdi. Uzun müddət gözlərdən uzaq münasibət yaşayan cütlüyün toyu sosial mediada səs-küyə səbəb olub.

Gecədən minlərlə paylaşım edilib. Diqqət çəkən digər məqam isə Berilin gəlinlikləri olub.

O, öncə ənənəvi gəlin libası seçsə də, sonradan paltarını daha sadə və şıq obrazla əvəz edib.

Ersin Arıcı isə bəy kostyumu üçün ağ rəngə müraciət edib.

“Yalı çapkını”nın ulduzları da gecədə iştirak edib. Qonaqlar sırasında Çağatay Ulusoy, Burak Deniz, Burcu Özberk və başqaları da olub.

Qeyd edək ki, cütlüyün münasibəti 1,5 il öncə başlayıb.