Müğənni Pərvin Lətifov “Azəriqaz”dan şikayətçi olub.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
“Bu gün çox maraqlı bir məsələ ilə rastlaşdım. Deməli, “Azəriqaz” hansısa səbəbdən qazı kəsir və sənin sayğacın kilidlənir. Zəng edirsən, 20 dəqiqədən sonra telefonun o başından bir zarımaq səsi gəlir. Deyirsən ki, vəziyyət budur. Deyir ki, iki manat yüklə, açılsın. Mənim iki manatım yoxdur, donum? Cavab: O sənin öz problemindir, istədiyin qədər qışqır!”.
Çox maraqlıdır, iki manat olmasa və ya ödəmə terminalı uzaqda olsa, bu insan ailəsi ilə birlikdə soyuqdan donmalıdır?”.