Olay
Olay

Safura qızı ilə “Sarı gəlin”i oxudu

Safura qızı ilə “Sarı gəlin”i oxudu

“Avroviziya” təmsilçimiz Safura Əlizadə paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi qızı Ayşə ilə birgə kamera qarşısına keçərək “Sarı gəlin” mahnısını birgə ifa edib.

Həmin videonu isə Əlizadə sosial şəbəkə hesabında yayımlayıb.

Safuranın övladının sözügedən nəğməni oxuyarkən sözləri türk aksenti ilə dilə gətirməsi nəzərdən qaçmayıb.

Qeyd edək ki, Safura Əliyeva (Əlizadə) mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cültüyün bu nikahdan iki oğlu və bir qızı var. Ailəsi ilə birgə Türkiyədə yaşayan Safuranın övladları da orada təhsil alır.

Rəşad Əliyev