Olay
Olay

“Sağlamlıq problemi olanlar belə dilənmir”

“Sağlamlıq problemi olanlar belə dilənmir”

Müğənni Roza Zərgərli kiçik oğlu Jerard Qafarovun açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı sosial media hesablarında məlumat yayan Roza bu sözləri qeyd edib:

“Bir uşağa qucaq açmaq hər igidin işi deyil. Bir çox kişinin görə bilmədiyi işi gördüm. Allah xatirinə... Quyuya su tökməklə quyu sulu olmur. İki doğma qardaş. Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi. Digəri isə göz önündədir. Sağlıq problemi olan insanlar belə dilənmirlər. Bu övladımdakı əməyimə heyfim gəlir. Bu qədər. 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə və yaşatdığım həyatı qoyub, seçdiyi yolda uğuru yoxdursa.... Valideyn ona nə etsin? Şərh yazanlara isə sözüm budur: Mən bacarmadığımı düşünürsünüzsə, indi siz bacarın!”.

Qeyd edək ki, ötən gün  Jerard işsiz olduğunu, hətta yeməyə belə pul tapmadığını bildirərək kömək istəyib.