Olay
Olay

“Bakıda hər kəs çox şıqdır”

“Bakıda hər kəs çox şıqdır”

Bir neçə gün əvvəl makiyaj artisti Serhat Şenin “master-klass”ı üçün Bakıya təşrif buyuran türk influenser Ezgi Fındık OLAY-la həmsöhbət olub. 

O, paytaxtımıza ilk dəfə gəldiyini qeyd edib:

“İlk dəfə gəldim, çox həyəcanlıyam. Master-klass üçün də ayrı həyəcanlıyam. Bilirsiniz ki, makiyaj mənim sahəmdir. Bu sektora da həm özümü, həm də başqalarını makiyaj edərək başlamışdım. Burada olduğum üçün çox şadam.

Bakı çox gözəldir. Daha əvvəl gələnlər də bunu deyirdilər ki, çox bəyənəcəksən, çox gözəldir, küçələri fərqlidir. Avropa kimidir. İlk təəssüratlarım belədir ki, bura çox təmiz, gözəldir. İnsanlarını da ayrı sevirəm. Azərbaycan mənim üçün özəldir. Buradan çox izləyicim var. İllərdir gəlməyə çalışıb, heç cürə gələ bilmədiyim yer idi”.

Ezgi onu da bildirib ki, azərbaycanlı həmkarları ilə tanış olmaq və iş birliyi etmək istəyir:

“İnfluenserlərdən heç kimlə tanış ola bilmədim. Amma tanış olmaq istəyərəm, iş birliyi də niyə olmasın?  Burada hər kəs çox şıqdır. Azərbaycandan dostlarım da var. Onlar da çox şıq və gözəldirlər”. 

Video: Soltan İbrahimov