Olay
Olay

Melisa Aslı Pamuk hamilədir! - Eksklüziv

Melisa Aslı Pamuk hamilədir! - Eksklüziv

Bir müddət öncə futbolçu Yusuf Yazıcı ilə ailə həyatı quran türk aktrisa Melisa Aslı Pamuk hamilədir.

OLAY-ın əldə etdiyi məlumata görə, bu məqam sənətçi Bakıda Serhat Şenin master-klassına qatılarkən üzə çıxıb. Aktrisanın görünüşündəki dəyişiklik diqqət çəkib.

O, hamiləliyini gizlətmək üçün “oversize” libas geyinib. Melisa media qarşısına çıxmaq istəməyib.

Pamuk tədbirdən çıxaraq jurnalistlər getdikdən sonra qayıdacağını bildirib.

O, partidə görüntülənməsinə icazə verməyib. Lakin Melisanın master-klassda da bədənini gizlədən libas seçməsi iddiaları gücləndirib.

Bununla yanaşı, Melisa onunla şəkil çəkdirmək istəyənlərə də “yox” deyib.

OLAY Melisanın özəl görüntülərini təqdim edir: