Olay
Olay

Şörzingerin Bakıdakı çıxışı, geyimləri… - Video

Şörzingerin Bakıdakı çıxışı, geyimləri… - Video

Dünyaca məşhur amerikan müğənni Nikol Şörzinger Bakıya gəlib.

O, 27 iyulda “DreamFest” Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxıb. 

Şörzinger həm Devid Foster və dostları, həm də Xalq artisti Emin Ağalarov ilə mahnı oxuyub.

OLAY-ın məlumatına görə, sənətçi digər ulduzlardan fərqli olaraq səhnə aldıqdan sonra qırmızı xalıda addımlayıb.

Çıxışı üçün qara, sinə dekolteli, gümüşü detalları olan uzun libas seçən Şörzinger qırmızı xalıya qısa, parıltılı  və rəngli don geyinib.

Onun hər iki libası da məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın imzası daşıyır.