Rusiyanın Xalq artisti Stas Mixaylov Bakıya gəlib.
OLAY-ın məlumatına görə, sənətçi “DreamFest” Beynəlxalq musiqi festivalı üçün paytaxta təşrif buyurub.
O, “cool” tərzi ilə qırmızı xalıda addımlayıb. Bununla yanaşı, populyar sima azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb:
“Mən Bakıya gəldiyim üçün sevincliyəm. İnsanlarınız həmişəki kimi məni səmimi qarşıladılar. Ümumiyyətlə, sizin insanlarınız qaraqabaq deyillər, sevinclidilər. Hesab edirəm ki, bu gün də yaxşı keçəcək”.