Avroviziya təmsilçimiz Dilarə Kazımova “DreamFest”in qırmızı xalısında tərzi ilə diqqət çəkib.
OLAY-ın məlumatına görə, Dilarə ulduzlar keçidində başdan sona qara “look”da addımlayıb.
Korsetləri sevdiyini deyən Dilarə bu dəfə də qara korset geyinib. Onun ətəyi uzun, lakin dərin yarıqlı olub.
Kazımova bildirib ki, əvvəlki iki gündə səhnəyə çıxan bütün həmkarlarını bəyənib.