Türkiyənin məşhur reperi Ceza Bakıda səhnə alıb.
OLAY-ın məlumatına görə, sənətçi “DreamFest” Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı dinləyiciləri ilə görüşüb.
Reper “Suspus”, “Yerli plaka” trekləri ilə festivaldakıları coşdurub, çıxışını isə Sezen Aksu ilə oxuduğu “Gelsin hayat bildiği gibi” mahnısıyla bitirib.
Ceza həyəcanlı olduğunu bildirərək azərbaycanlı dinləyiciləri ilə tez-tez bir araya gəlmək istədiyini deyib.