“DreamFest”in aparıcıları Avroviziya qaliblərimiz Nigar Camal və Eldar Qasımov qırmızı xalıda jurnalistlərin suallarını cavablandırıblar.
OLAY-ın məlumatına görə, tədbirə qızı ilə qatılan Nigar həyəcanlı olduğunu bildirib:
“Əlayıq, möhtəşəmik, həyəcanlıyıq, amma hazırıq. Həm müğənni, həm aparıcı kimi... Üç dildə aparıcılıq edəcəyik. Bu gün kiçik qızımla gəlmişəm, sabah böyük qızımla gələcəyəm...”.
Eldar isə maraqlı tərzindən və tədbirə hazırlığından danışıb:
“Biz çox hazırlaşdıq. Səsim batıb, səhərdən axşama qədər dərmanlar içirəm. Bilirdim ki, burada çox isti olacaq. Çalışdım ki, qollarım havalansın. Görürəm ki, “zaqar” alsaydım, daha yaxşı olardı”.