Olay
Olay

“Nahidənin 2021-ci ildə hit mahnısı yox idi”

“Nahidənin 2021-ci ildə hit mahnısı yox idi”

Tanınmış müğənni Hiss ilk dəfə “Altın kelebek” mükafatından imtina etməsi barədə danışıb.

OLAY yazır ki, sənətçi bu barədə fikirlərini “Popumuz var”da söyləyib:

““Altın kelebek” mənə maraqlı gəlmədi. Qalib real olaraq mən idim. 2021-ci ilin “Parlayan ulduzu” mən idim. O zaman artıq müqavilə bağlamışdım. Nominasiyaya görə qalib mən idim, okeydir, Nahidə türkcə mahnılar oxuyur, amma 2021-ci ildə hit mahnısı yox idi. Çinarə Məlikzadə, Ayaz Babayevi də çox sevirəm, amma real qalib, həmin il hit təqdim edən mən idim. Mən istəməzdim ki, gedim, başqası qalib seçilsin. Onsuz da “Warner Music” icazə vermirdi”.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanı “Altın kelebek”də təmsil etmək üçün Çingiz Mustafayev, Ayaz Babayev, Hiss, Nahidə Babaşlı və Çinarə Məlikzadə mübarizə aparacaqdı. Təmsilçilər açıqlanandan sonra Çingiz Mustafayev və Hiss mükafatlandırmadan imtina etdiyini söylədi. Gecədə qalib isə Nahidə Babaşlı seçildi.