Olay
Olay

Mahmut Orhan konsertinə saxta qolbaqlar satılır - İnanmayın!

Mahmut Orhan konsertinə saxta qolbaqlar satılır - İnanmayın!

Məşhur türk dicey Mahmut Orhanın Bakı konserti ilə bağlı dələduzluq edilib.

OLAY yazır ki, naməlum şəxslər dinləyicilərə saxta konsert qolbaqları satıblar. 

Bununla bağlı tədbirin təşkilatçıları məlumat yayıb. Bildirilib ki, bilet əldə etmək üçün yeganə sayt “İticket.az”dır, digər şəxslər tərəfindən satılan qolbaqları saxtadır. 

Qeyd olunub ki, həmin dələduzların aldatdığı şəxslər aldıqları qolbaqlarla konsertə buraxılmayacaqlar.

Onu da bildirək ki, konsertin bütün biletləri bir neçə gün öncə satılıb.