Xəzər TV-də yayımlanan “Evdəkilərə salam” verilişində qonaq olan müğənni Vüsal Əliyev müzakirələrə səbəb olacaq fikirlər söyləyib.
OLAY yazır ki, proqram zamanı 4 övladı olan ifaçı oğullarının efirə çıxmağına icazə versə də, həyat yoldaşı və qızının görünməyinə razı olmayıb.
“Qızım böyükdür, bu il universiteti bitirib”, - deyə, V.Əliyev bildirib.
O, aparıcı Aytəkin Mərdanovanın “Bəlkə, onu da çağırasan, söhbət edək, sən çağırsan, gələcək” təkidinə isə “Yox, kişilər danışan yerdə onlara gərək yoxdur” sözləri ilə cavab verib.
Qeyd edək ki, V.Əliyevin üç oğlu və bir qızı var.