Olay
Olay

İnfluenserlər arasında “soyuq savaş”

İnfluenserlər arasında “soyuq savaş”

İnfluenserlər Nəcibə Əhmədi (Nadjiba) və Aysel Nəsirova (Ays_Nasir) arasında “soyuq savaş” başlayıb.

OLAY yazır ki, buna səbəb ötən günən Ayselin  Asya Aslanovanın (Asyafuad) ad günündən sonra etdiyi paylaşım olub. 

O, Esra Erolun viral olan “Olduğunu yerdə ayağa qalxa bilərsiniz. Oradan dümdüz gedəndə cəhənnəmin dibinə qədər yol var” çıxışı ilə video çəkib. 

Görüntüyə “Arxasınca demədiyi qalmayıb, amma məclislərdə rəfiqə olan insanlara göstərmək istədiyim yol” şərhini yazıb.

Nəcibə paylaşıma “Bəlkə, sən də keçəsən o yoldan” rəyini qeyd edib. Aysel bu şərhə “Mən öz yolumdayam”, - deyə, cavab verib. 

Bundan sonra o, hekayə bölməsində “Ufak tefek cinayetler” serialının posterini paylaşaraq “Anlıq son paylaşım. Bir nəfər videonu səhvən başqasına atmaqdansa, mənə göndərdi və geri çəkdi” sözlərini yazıb.