Olay
Olay

“Bütün müsahibələrimi kəsib-doğrayırlar”

“Bütün müsahibələrimi kəsib-doğrayırlar”

“Verilişlərə, müsahibələrə getmək istəməməyim səbəbini açıqlamaq istəyirəm. İndiyə kimi (hətta Yutub verilişləri) bütün müsahibələrimi montajda kəsib-doğrayıb yayımlayıblar”.

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri deyib. O, müsahibələrinin və açıqlamalarının kəsildiyini bildirərək bunları qeyd edib:

“Son getdiyim “Zarafat bir yana” proqramında hər suala ətraflı, izahla cavab verməyimə baxmayaraq hamısı kəsilib. Klassik musiqidən ( Vivaldı, Paganini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Bu səbəbdən feysbukda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacağam. Dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur. Amma olmadığım kimi də tanınmaq istəmirəm”.