Bu gün vəfat edən 79 yaşlı türkiyəli aktrisa Fatma Girikin ölümü ilə bağlı həmkarı Cüneyt Arkın açıqlama verib.
OLAY yazır ki, NTV-nin canlı yayımına telefonla bağlanan aktyor ağlayıb.
“İnanmıram, bağıra-bağıra ağlamaq istəyirəm. Nə qədər igid insan idi o... Ürəyim yanır, bir parçam getdi, xatirələrim getdi. Gözümün önündən mavi, igid baxışları getmir. Elə zərif qadın idi ki...”, - deyə, bildirib.
Qeyd edək ki, sənətçilər birlikdə “Yeşilçam”da onlarla filmə çəkilib.