MDB Oyunlarının bağlanış mərasimində çıxış edəcək sənətçilər bəlli olub.
Onlar bu gün Gəncə Olimpiya Stadionunda məşq ediblər.
Xalq artisti Aygün Kazımova, Avroviziya təmsilçiləri Nigar Jamal, Eldar Qasımov, Çingiz Mustafayev, Mamagama qrupu və Nadir Rüstəmli səhnəyə çıxıb.
Aysel Teymurzadə isə sabahdan məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, layihənin rejissoru Ranar Musayevdir.
OLAY tədbirin hazırlıq mərhələsindən özəl görüntüləri təqdim edir.