Olay
Olay

“Xoşqədəm yox, Xoşqədəm xanım”

“Xoşqədəm yox, Xoşqədəm xanım”

Aparıcı Xoşqədəm Hidayətqızı və xanımı intihar edən Elvin adlı şəxs arasında efirdə gərginlik yaşanıb. 

OLAY yazır ki, sözügedən şəxs proqrama telefonla bağlanıb. Bu zaman aparıcı ona xanımını Şəbnəmin intiharı ilə bağlı suallar ünvanlayıb. Suallardan sonra gərginləşən Elvin Əməkdar jurnalistə sadəcə adı ilə , “sən” deyərək xitab edib. X. Hidayətqızı isə onun müraciət formasına qəzəblənərək danışıq tərzinə fikir verməsini istəyib:

“Xoşqədəm yox, Xoşqədəm xanım. Mən yaşda da, bütün mənalarda da səndən böyüyəm. Danışıq tərzini, müraciət formasını biləcəksiniz. Mən sənin qarışında balası üçün susan, bu yazıq ata-ana deyiləm”.