İsmayıllı rayonunda bağçada tərbiyəçinin uşağı döydüyü anlar sosial şəbəkələrdə müzakirə yaradıb. Bu hadisə istifadəçilərin qəzəbinə səbəb olub. Hər kəs azyaşlı uşağa fiziki şiddət göstərən müəllimi sərt şəkildə qınayıb.
OLAY yazır ki, şou-biznes nümayəndələri də məlum məsələyə münasibət bildirib. Onlar status paylaşaraq sözügedən hadisədən yazıb.
Aparıcı Zaur Baxşəliyev: “Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olur? Onları kim hansı meyaralara görə təyin edir? Bunun “vid”-fasonuna bax! Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun”.
Əməkdar artist Könül Kərimova: “Ürəyim qısıldı. Səni zəlil qalasan, şikəst olasan, əllərin qırılıb yanına düşsün. Axı o uşaq sənin dediyini başa düşmür. Allah bəlanızı versin. Anası da kor qalsın. Elə bağçaya, tərbiyəçiyə uşaq əmanət edərlər?! Bir baxın, sonra axtarın! Bu baxçanı, ifritəni tanıyan varsa, lütfən mənə yazsın. Onu tapıb o qapazın yekəsini başına vuracam”.
Əməkdar artist Nüşabə Ələsgərli: “Bilmirəm, necə söyüm ki, ürəyim soyusun”.
Şairə Nazilə Səfərli: “Bəlkə yanılıram. Mənzərədən təxmini anladım ki, bu körpənin valideyni tərbiyəsizçidən soruşub ki, uşaq yemək yeyir? Bu da valideynə uşağın ağzında çörək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi bir az çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideynlər texniki işçilərə, tərbiyəçilərə pul ( rüşvət) verirlər. Vaxtı ilə mən də ayda 10 manat verirdim. Yoxsa narazılıq edirdilər. Yəqin indi məbləğ çoxalıb. Maraqlıdır, bu videonu kim çəkib və yayıb? Daha dəqiq bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək, bunun arxasından “day-day”, “krişa” qismində kim çıxacaq? Uşaq yazıq iştahla yemək yeyirdi. Səni zəlil qal, “pinqvin” tərbiyyəsizçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin. Yazıq uşaq necə məyus baxır”.
Müğənni Ayan Babakişiyeva: “Əlimdə olsa, bu dəqiqə səni boğaram. Sən kimsən ki, o körpəyə əl qaldırırsan? Uşaqlar mənim zəif nöqtəmdir. Kimin balası olursa, olsun. Heç kimin haqqı yoxdur ki, körpələri incitsin. Yazıq bala, sakit de uşaqdır. Ağlamır belə”.
Aktyor Kamran Ağabalayev: “Ötən günlərdə böyük-böyük danışanlar var idi ki, deyirdilər, tərbiyə-təlim döyülməkdən başlayır. Diqqətlə baxın, bəlkə sizin uşaqdır. Deyilsə, yenə ağıllı-ağıllı danışın. Öz uşağınızın başına gəlməyincə adam olmaq şansınız sıfıra bərabərdir”.
Prodüser Tarix Əliyev (Tolik): “Allah bəlanı versin, necə qıydın körpəyə? Allah mənim də bəlamı versin, hisslərimi cilovlaya bilmirəm və bunun bədəlini pis ödəyirəm”.
Aparıcı Azər Süleymanlı: “Qəzəbimdən əllərimə, sözlərimə hakim ola bilmirəm. Belələrinə ölüm cəzası verilməlidir. Ölüm! Həm də dəhşətli ölüm. Dünyanın ən murdar məxluqu. Sonra da o şəkli paylaşıb uşaqlara sevgisindən, onları necə məhəbbətlə yedizdirdiyindən yazacaqdı”.