Olay
Olay

Şvarzenegger qəzaya düşdü - Fotolar

Şvarzenegger qəzaya düşdü - Fotolar

Avstriya əsilli amerikalı aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə qəzaya düşüb.

OLAY yazır ki, bu barədə TMZ portalı məlumat yayıb. Qeyd olunub ki, hadisə Şvartseneggerin evindən bir neçə kilometr kənarda baş verib. 

İlkin məlumata görə, aktyor qırmızı işıqda keçib və digər avtomobilə çırpılıb. Qəza zamanı Arnold xəsarət almayıb, lakin digər sürücü kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.