2024-ün ilk 5 ayı yaddaşda qalmaqallar, ölüm hadisələri və xeyir işlərlə qalıb. Xüsusilə də mayda ard-arda toy xəbərləri oxuyuruq. Amma maraqlıdır ki, bunların əksəriyyəti kiçik toy məclisləridir...
Elə başlayaq tanınmışların övladlarının sünnət toylarından.
OLAY yazır ki, müğənni Tunar Rəhman oğlu Rəhmana mayın 6-da kiçik toy edib. Lakin Tunar birinci məclisə yalnız bəyləri çağırıb. O, mayın 9-da isə bütün yaxınlarının, şou-biznes nümayəndələrinin yer aldığı məclis qurub. Sənətçinin gecədə xanımı ilə rəqsi də sosial şəbəkələrdə gündəm olub.
Ayın əvvəlində qiraətçi Xəzər Süleymanlı oğluna ailə arasında məclis keçirib.
Mayın 10-da isə Aşıq Zülfiyyə İbadova nəvəsi Renata kiçik toy məclisi edib.
Mayın 11-də aktrisa Xuraman Əlizadə yaxınlarını, sənət dostlarını başına yığaraq oğlu Əlinin kiçik toyunu edib. Sənətçinin xoş günündən fotolar sosial şəbəkələrdə yayılıb.
Ayın 27-də müğənni Əhməd Mustafayev oğlu Harunun sünnət toyunu keçirib. Onun həmkarları, şou-biznes nümayəndələri və ailə üzvləri məclisində yer alıb.
Əhmədin ardınca vizajist Nigar İbrahimova oğlu Rəsulun həm ad gününü, həm də sünnətini qeyd edib. Mayın 29-da baş tutan toyda Nigarın yaxınları, şou nümayəndələri qonaq olub.
Son olaraq ayın 29-u Əməkdar artist İlkin Əhmədov oğlu Turxanın kiçik toyunu keçirib.
Ürək rahatlığı ilə yaza bilərik ki, 2024-ün Mayı “Sünnət” ayı kimi qeydə alındı...