Xalq artisti Brilliant Dadaşova etdiyi paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o, izləyiciləri ilə bölüşdüyü fotonu həm 20 Yanvar faciəsinə, eyni zamanda da “Səs Azərbaycan”ın aparıcısı Azər Süleymanlıya da həsr edib. Müğənni ona suallar ünvanlayan aparıcıya şeirlə cavab verib:
“Həyatda yaşadığımız bütün çətinliklər 20 Yanvar kimi ağır günlərin il dönümündə ruhumuzu daha çox incidir. “Səs Azərbaycan”ın səhnə arxasında mənə müxtəlif suallar ünvanlayıb təəcüblənən sevimli Azər Süleymanlıya:
Azər, sual vermə, araşdırma ürəyimi sən.
Qorxarsan oradakı dağıntıları görsən.
Baxma təhlükəli uçurumlardan,
Dönər başın oradakı sıxıntılardan
Qorxarsan doğranmış paralarından,
qorxarsan qanayan yaralarından,
Soruşma qırmızı küknar kimi,
ya da sınmayan şinar kimi duruşum hardan.
Məcburi vərdişdir o uşaqlıqdan.
Qəlbində indi doğar yeni suallar.
Axı belə şeyləri bilməz uşaqlar.
Deməyərəm: o mövzulara nəbadə getmə,
özünü də, məni də pərişan etmə!”.