Olay
Olay

Avroviziyanın qalibi bəlli oldu! - Yenilənib

Avroviziyanın qalibi bəlli oldu! - Yenilənib

Avroviziyanın böyük finalı başlayıb.

OLAY yazır ki, hazırda Malmödə tədbir keçirilir.

İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksenburq qalibiyyət uğrunda yarışır.

***

Avroviziyanın finalı başa çatıb.

OLAY yazır ki, qalib müəyyənləşib. Bu ilin çempionu İsveçrəni təmsil edən Nemo olub.

O, “The code” mahnısı ilə ən yüksək xalı toplayıb. Münsif səsverməsindən 365, Avropa tamaşaçısından isə 200 xal qazanıb.

Qeyd edək ki, Azərbaycan da sözügedən ölkəyə 12 xal verib.