WOW
WOW

Nəticələr açıqlandı... - Yenilənib

Nəticələr açıqlandı... - Yenilənib

Hazırda Malmödə Avroviziyanın birinci yarımfinalı keçirilir.

OLAY yazır ki, Serbiya, Ukrayna, Moldova, İsveç, Avstraliya, Finlandiya, Portuqaliya, Polşa, İrlandiya, Litva, Sloveniya, İslandiya Xorvatiya, Lüksemburq, Kipr və Azərbaycan çıxış edəcək.  Gecənin aparıcıları Petra Mede və Malin Okermandır.

Qeyd edək ki, Azərbaycan 12-ci nömrə ilə səhnəyə çıxacaq.

***

Kipr təmsilçisi Silia Kapsis “Liar” adlı mahnısı ilə səhnədədir!

***
Serbiyadan Teya Dora “Ramonda” ilə Avroviziya səhnəsindədir!

***

Litva təmsilçisi Silvester Belt “Luktelk” mahnısını səsləndirir.

***

Növbə İrlandiyanındır...

***

Birləşmiş Krallığın təmsilçisi çıxış edir...

***

Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Hayl “Teresa & Maria” mahnısını səsləndirir.

***

Polşadan Luna səhnədədir!

***

Xorvatiyadan Bebi Lasaqna  “Lim Tim Tagi Dim” mahnısı ilə çıxış edir. 

***

İslandiyadan Hera Björk  “Scared of Heights” mahnısı ilə şousunu göstərir.

***

Səhnə Almaniyanındır!

***
Slovenyadan Raiven “Veronika” ifası ilə səhnədədir.

***

Finlandiya maraqlı səhnə geyimləri ilə çıxışını tamamlayıb.

***
Moldova çıxışını tamamladı. İsveç təmsilçiləri hazırda səhnədədir.

***

Təmsilçilərimiz İlkin Dövlətov və Fahree çıxışlarını tamamlayıb.

***

Bütün ölkələr şoularını yekunlaşdırıblar. Nəticələr gözlənilir…

***

Səsvermə başa çatıb.

***
Finala keçən ölkələr bəlli oldu. Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq