Aparıcı Zaur Baxşəliyev illərdir rəqabətdə olduğu Xoşqədəm Hidayətqızını müdafiə edib.
OLAY yazır ki, Zaur aparıcısı olduğu “Bizimləsən” proqramında həmkarının əleyhinə səsləndirilən fikirlərə etiraz edib:
“Kimsənin ağlına gəlməsin ki, gəlib mənim verilişimdə Xoşqədəm Hidayətqızını pisləyəcək və mən buna şərait yaradacam. Əsla! Hamımız bu televiziyalarda çalışırıq, çörək qazanırıq və xalqa xidmət edirik. Olmaz!”