“Bir kişi qadına əlini qaldıran zaman utanmalıdır. Onları vurmaq istəyən zaman birinci fikirləşməlidir ki, məni dünyaya gətirən kimdir? Mənim bacım kimdir? Qadındır…”
OLAY yazır ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” proqramında deyib.
Canlı efirdə zorakılıqda bağlı çıxış edən Zaur xanımlara şiddət göstərən kişiləri qınayıb:
“Qadın bir evin dirəyidir. Bir valideyn ömür boyu əziyyət çəkib övlad böyüdür ki, sən alıb şillə vuracaqsan? Sən kimsən? Kişi əl qaldıranda birinci qızını gözünün qabağına gətirsin! Sən kimsən ki, kiminsə qızını döyürsən? Ən böyük günah qəlb qırmaqdır. Qəlb qırmaq xəyanətdən də betərdir. Kişilik təkcə cinsiyyətlə ölçülmür. Kişinin yüz addımı qadını vurmaz. Amma qadının bircə addımı kişini yerdən yerə vurar”.