Məşhur aparıcı Vüsalə Əlizadəyə qarşı dələduzluq edilib.
OLAY yazır ki, bu barədə V. Əlizadə aparıcısı olduğu “7 canlı” proqramında məlumat verib.
O, TikTok-da adına səhifə açıldığını, canlı yayımda onun adından pul qazandığını qeyd edib:
“TikTok-da heç bir səhifəm yoxdur. Onun kəndarında belə dayanmamışam. Adımdan səhifələr açılıb. Biri isə özünü necə inandırıb ki... Bu sevgi yox, əxlaqsızlıqdır. Bu məsələ ilə ciddi məşğul olacam. Canlı efir açıb, kənarda dayanıb adımdan pul yığırlar. Bu qədər rəzillik,cahillik, Allahsızlıq etmək olmaz”.