ANS-in keçmiş işçiləri bir araya gəliblər.
OLAY yazır ki, bu barədə aparıcı Vüsalə Tağıyeva paylaşım edib. Vahid Mustafayevin də iştirak etdiyi görüşdən fotoları izləyiciləri ilə bölüşən jurnalist bu sözləri yazıb:
“Nə yaxşı ki, ANS var. Nə yaxşı ki, biz varıq. Mənə ən doğma olan insanlar... Biz bir-birimizin yeniyetməliyimiz və gəncliyimizik. Biz həqiqətən bir ailəyik. Kimin nəyə ehtiyacı olsa, bir problem yaşasa, xoş xəbərləri olsa, ANS-in vatsap qrupuna yazar, ansçilərlə görüşər, bölüşər. Biz bir ailəyik. Dəqiq, qərərsiz, vicdanlı”.