Model Rufa (Rüfanə Kamilova) müzakirə olunan videosuna aydınlıq gətirib.

Bu barədə sənətçi OLAY-a danışıb. O bazarda çəkilən görüntülərini tənqid edənlərə cavab verib:

“İki gündür müzakirə olunan bu videomla bağlı özüm danışmaq istədim. Videoda düşən kadrlar “backstage” olaraq çəkilib. Şəhərdə belə gəzəndə mənə “videodakı qız” deyirlər. Videonu özüm yığıb işləmişəm. Videoya baxıb məni qınayanlara, tənqid edənlərə kiçik bir açıqlama vermək istəyirəm. O video portfoliom üçün çəkilib, mən orada lüt deyiləm, adi bir geyimdəyəm. İnsanların reaksiyasını paylaşmışam… Hamı öz beynində olan düşüncəsiylə videoma baxıb. Elə deyirsiniz, elə bil televizoru açanda gördüyünüz o seriallara, baxdığınız o kliplərə, kinolara, oradakı açıq-saçıq geyinənlərə siz baxmırsınız… Namus, qeyrət, mədəniyyətdən kənar olan sözlər işlədirsiniz… Niyə? Kasıbları lağa tutduğumu deyirsiniz, diqqət acı olduğumu yazmısınız. Mən 15 ildir modelliklə məşğulam və Azərbaycanın peşəkar modeliyəm, xaricdə və Azərbaycanda ən yüksək modanı nümayiş etdirmişəm. Mənim üçün sizin dediyiniz bazarda diqqət axtarmaq gülməli gəlir. İnsanı geyimiylə linc edirsiniz – özünü tanımadan. Mən hər yerə qısa geyinirəm. Bədənim gözəldir, ayaqlarım uzundur, mən bunu göstərməyi sevirəm… Elə bir mühitdə yaşayırıq ki, pis adamı da, yaxşı adamı da qamçılayırlar… Mən o videoda heç kimi lağa qoymamışam, sadəcə insanların reaksiyasını göstərirəm. Mən özüm də gözəl xanım, gözəl bəylər görəndə dallarınca fırlanıb baxıram. Burada pis bir şey yoxdur, gözələ baxarlar. Bazarda etdiyim çəkiliş kreativ bir çəkiliş idi və mən bu çəkilişlərə davam edəcəyəm. Heç kimi alçaltmamışam, heç kimi lağa qoymamışam. Hər kəs öz xarakterini göstərir”.