Olay
Olay

Qayınanasının hədiyyəsi Dilarəni ağlatdı

Qayınanasının hədiyyəsi Dilarəni ağlatdı

Əməkdar artist Dilarə Əliyeva ATV-nin efirində kövrək anlar yaşayıb.  

OLAY yazır ki, məşhur komediya aktrisası “Günün Sədası” proqramına qonaq olarkən efirə zəng vuran qayınanası, Xalq artisti Elmira Əliyeva barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mənə bu ailə Tanrıdan hədiyyədir.  Allah elə bil ki, hər şeyi cığıra qoydu. Elmira xanım mənə elə bir şey hədiyyə edib ki… Bu haqda danışanda içim dolur. 30 il sonra mənim ilk səhnəmin afişasını qoruyub, saxlayıb.  Bütövlükdə mənə, gördüyüm işlərə, uğurlarıma məndən çox sevinən insanlardır”,- deyə D. Əliyeva bildirib.  

Elmira Əliyeva isə Əməkdar artisti övladından ayırmadığını söyləyib:

“Heç vaxt qızı anadan soruşmurlar. O mənim gəlinim yox, qızımdır.  Elə bil mən dünyaya gətirmişəm. Anasına da demişəm ki, o mənim uşağımdır.  Evləndiyi gündən ana-bala kimiyik. Bundan əlavə Dilarə haqqında heç nə deyə bilmərəm”.