Xalq artisti Mələkxanım Eyubovanın influenser və rəssam qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toy məclisi keçirilir.
OLAY yazır ki, paytaxtın məşhur restoranlarından birində keçirilən mərasimə Eyubovanın sənət yoldaşları, ailənin yaxınları, qohumları və cütlüyün dostları dəvətlidir.
Bir neçə saat əvvəl Nəzrinin evində gəlingötürdü baş tutub. Cütlük retro avtomobillə məkana yollanıb.
****
Mələkxanım Eyubova kiçik oğlu və həyat yoldaşı ilə “Xəzər”in kamerası qarşısına keçib, toydan Aytəkin Mərdanovaya müsahibə veriblər.
Sənətçi “Dörd nəvəm var. Hər övladımdan bir cüt... Nicat hələ balacadır. Dedik, hələ Nəzrinin toyunu edək”, - deyə bildirib.
***
Nəzrinlə Mərdan artıq zala daxil olub. Gecənin aparıcısı Azər Süleymanlıdır.
***
Cütlük zala daxil olduqdan sonra toydakı ilk rəqslərini ediblər.
***
Toyda Xalq artistləri Alim Qasımov, Röya Ayxan, Mənsum İbrahimov kimi bir çox sənətçi iştirak edir.
***
Nəzrin gecədə ikinci gəlinliyini geyinib.