Olay
Olay

Orxandan doğru yola boylanan klip: İki dostun həyatı...

Orxandan doğru yola boylanan klip: İki dostun həyatı...

Reper Orxan Zeynallı yeni layihəsini təqdim edib.

OLAY yazır ki, onun Röya Miri ilə birgə ifa etdiyi “Bir də gəlsəm” adlı mahnı “Azercell” və  Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” kampaniyası çərçivəsində ərsəyə gəlib. 

Emil Quliyev imzalı klipdə iki fərqli həyat tərzi olan dostun yaşadıqları əks olunub. 

Onlardan biri cüdo ilə məşğul olan sağlam gənc, digəri isə narkotikin toruna düşmüş aludəçidir. 

İdmanın insan həyatındakı böyük rolunu önə çəkən klipin sosial mesajı da məhz budur: “Bir gəncin həyatını məhv edən narkomaniya və digərini bütün pis vərdişlərdən uzaq tutan idman”.

Bu şüar altında Zeynallı düzgün seçimin hansı olduğunu göstərib və “Gəl, doğru yoldan boylanaq”, - deyə, çağırış edib.

Film dadında olan 6 dəqiqəlik klipdə iki fərqli yolun sonu da tamaşaçıya çatdırılıb. Layihədə tək Röya ilə Orxanın ifası səslənməyib, həmçinin, aktyorların dialoqlarına da yer verilib. Ekran işinin ən təsirli məqamı isə narkotik istifadəçisi gənclə anasının səhnəsi olub.

Layihə tək mahnı ilə deyil, həmçinin xırda detallarla da mesajlar ötürüb. Bir sözlə, E. Quliyev həmişəki üslubunda tamaşaçıya öz sözünü deyib.

Məsələn, sona doğru idmançı gəncin dostuna verdiyi su qabının üzərində “idman” yazılıb. Bununla da deyə bilərik ki, narkotik istifadəçisi olan kəslərə sağlamlığın idmanda olduğu, həmçinin məhz bu azardan qurtulmaq yolunda da idmanın böyük yardımının ola biləcəyi göstərilib.

Klip “Vaxtında doğru yolu seçin, çünki yalnız bu zaman getdiyiniz yol sizi uçuruma aparmayacaq”, sözləri ilə yekunlaşıb.

Qeyd edək ki, mahnının sözləri reperin özünə, musiqisi Clavisə məxsusdur,