Olay
Olay

“Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir sillə vursun” - Hüsniyə

“Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir sillə vursun” - Hüsniyə

Aparıcı Hüsniyə Məhərrəmova son günlər sosial mediada müzakirə olunan məktəb direktorunun uşağı vurmağı xəbərinə münasibət bildirib.

OLAY yazır ki, sənətçi şiddətə bəraət qazandıranlara ironik təklifini instaqramda yazıb:

“Məktəb direktorunun uşağı vurmağına bəraət qazandıranların fəlakətli dərəcədə çox olmasını nəzərə alaraq, təklif edirəm:

Yol hərəkəti qaydalarını pozarkən Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir sillə vursun (əminəm, çoxu buna sevinər). Vergiləri vaxtında ödəməyəndə İqtisadiyyat naziri Mikayıl Cabbarov gəlsin bizə müqəddəs əlləri ilə bir Həzrət Abbas silləsi vursun. Növbədə dura bilmirik, mədəniyyətsizik, valideynlərimiz bizi öyrətməyib ki, adam gözləyər, növbəsiz özünü soxmaz, ona görə təklif edirəm, kassir də hər dəfə gəlib bizə bir sillə vursun.

Avaralıqla məşğul olanda, polis İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsində ki, xəbərdarlıq və on günədək müddətə inzibati həbsin yerinə, gəlsin bir dənə yağlı sillə vursun getsin. İşi vaxtında təhvil verməyəndə, “deadline”ı keçəndə müdir bizə sillə vursun. Restoranda ofisianta az çay pulu qoyanda, o da gəlsin bizə sillə vursun. Maaşımızı kəsəndə, müdir bizi işdən çıxaranda, daha keçib, gedək biz də bir dənə sillə vuraq...

“Bizi də müəllim döyüb də, söyüb də, zərimiz tökülməyib ki...”, “Ağbirçək silləsidir də, nə şişirdirsiz”, “Guya bizi döyməyiblər, nə olsun ki, tərbiyə edir”, “Bəzi uşaqlar tərbiyəsizdi, onları elə vurmaq lazımdır ki,  ağılları başına gəlsin” və s. bu kimi şərh yazan homonoidlər -  xəstə cəmiyyətin kökləri elə siz imişsiz ki... Bəs, bunu mənə niyə demirdiz?”.

Qeyd edək ki, aparıcı Turan İbrahimov da şagirdləri döyən müəllimləri müdafiə etmişdi. Sosial şəbəkə izləyiciləri Hüsniyənin bu sözləri Turana yazdığını iddia edib.