Media
Media

Hüsniyə “Space” telekanalında çalışacaq

Hüsniyə “Space” telekanalında çalışacaq

Aparıcı Hüsniyə Məhərrəmova uzun fasilədən sonra efirə qayıdır.

Olay.az xəbər verir ki, o, yeni mövsümdən "Space" telekanalında çalışacaq.

Belə ki, kanalda Türkiyədə məşhur olan "40 soru" layihəsinin bənzəri hazırlanır. Onun aparıcılığı əvvəlcə aktrisa Zümrüd Qasımovaya təklif edilib. O, "Xəzər TV"də çalışdığı üçün layihədən imtina edib.

Sözügedən veriliş üçün bu dəfə Hüsniyə Məhərrəmova seçilib.

Qeyd edək ki, H.Məhərrəmova sonuncu dəfə "1 AzTV" proqramına aparıcılıq edib.