Olay
Olay

Tuğba Ekinci gəncəli imiş

Tuğba Ekinci gəncəli imiş

“O şimdi asker” mahnısı ilə tanınan türk ifaçı Tuğba Ekinci əslən azərbaycanlı olduğunu açıqlayıb.

OLAY yazır ki, müğənni “Elgizlə izlə” verilişinə telefonla bağlanaraq danışıb:

“Siz mənim gəncəli olduğumu bilirsiniz? Mənim ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur. Röya Ayxanı çox sevirəm, sizin böyük starınız. Onunla arada mesajlaşırıq. Röyanı illər əvvəldən tanıyıram, Bakıda eyni konsertlərdə çıxış edirdik”.

Sənətçi Elgiz Əkbərin “Deyirlər, azərbaycanlı biznesmenlə eşq yaşayırsınız. Doğrudurmu” sualına gəlincə bunları söyləyib:

“Kaş, olsa... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən xas azərbaycanlıyam. Yaxşı yola gedərik”.