Olay
Olay

“Mənə heç nə olmayıb!” - Rəqsanədən açıqlama!

“Mənə heç nə olmayıb!” - Rəqsanədən açıqlama!

Müğənni Rəqsanə İsmayılova haqqında yayılan xəbərlərə reaksiya verib.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda video paylaşıb.

O qeyd edib ki, Rusiyada saxlanılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

“Dayanmadan zəng edirlər ki, Rusiyada məni saxlayıblar. Boş-boş şeylərlə başınızı ağrıtmayın. Mənə heç nə olmayıb. Yalan məlumatdır. Xahiş edirəm ki, mən şikayət etmədən xəbərlərimi siləsiniz. Mən Moskvada evimdəyəm. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim yoxdur, yalandan özünüzdən nəsə çıxarmayın. Boş məlumatlardır. Haradasa bu yalan məlumatda şəklimi görsəm, səhifəni şikayət edəcəyəm”.

Qeyd edək ki, APA Rəqsanə İsmayılovanın Moskvada saxlanıldığını iddia etmişdi.