Olay
Olay

“AzTV-ni bir küpəgirən qarı zəbt edib”

“AzTV-ni bir küpəgirən qarı zəbt edib”

“Bəzi kitabları oxuduqca insanların psixoloju durumunu anlamağa başlamışam. Heç də yaxşı deyil bu hal, insanları görmək istədiyim kimi görmək, olduqları kimi görməkdən daha yaxşıdır bəzən”.

OLAY yazır ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.

O, yuxularında kabus gördüyünü bildirib:

“Yuxularım da qəribələşib. Nağıllar, kinolar görürəm sanki. Bu gecə yuxuda görmüşəm AzTV-ni bir küpəgirən qarı (vedma) zəbt edib. Uzun-uzun caynaqları keçirib insanların boğazına, oradan-ora atır, dəli kimi gülür. Ətrafına 5-6 nəfər fağırı yığıb onlara göstəriş verir. Ətrafında da qara tüstü kimi bir şey. Çox qorxunc yəni. Mən də kənardan baxıb psixoloji analiz etmək istəyirəm bunu. Ha düşündüm ki, bir qadını kim bu vəziyyətə salıb axı, cavabın tapmaq istəyəndə, zəng gəldi oyandım”.