Aparıcı Turan İbrahimov şagirdləri döyən müəllimləri müdafiə edib.
OLAY yazır ki, o bu barədə sosial media hesabında yazıb:
“Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına…
Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik.
Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi, sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq.
Şəxsən mən oğluma demişəm ki, “eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidir. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır”.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə şagirdi döyən məktəb direktorunun videosu müzakirə olunurdu.