Olay
Olay

“Müəllimlər şagirdləri döyür də, söyür də”

“Müəllimlər şagirdləri döyür də, söyür də”

Bir neçə gündür sosial şəbəkələrdə məktəb direktorunun şagirdlərini döydüyü video müzakirə olunur. Əksər istifadəçi 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədovanı bu əməlinə görə qınayıb. Həmçinin, sözügedən hadisəyə sənət dünyasından da bir çox sima reaksiya verib.

OLAY yazır ki, aktyor Sənan Ellez feysbuk səhifəsində mövzu ilə bağlı paylaşım edib. Sənətçi deyib ki, buna bənzər olayların şahidi olub:

“Hamımız bilirik ki, Azərbaycanda müəllimlər şagirdləri döyür də, söyür də. Yoldaşalrımızın döyülməsinə öz gözlərimizlə şahid olmuşuq. Dəfələrlə özümüz yoldaşlarımızın gözünün qarşısında döyülmüşük. Müəllim olan qohum- əqrəbamız illərlə şagirdləri döyüb, döyür və döyəcək... Biz bununla mübarizə apara bilən qüvvəyə malik deyilik.

Dostlar, bu bizim təhsilimizin deyil, insanlığımızın problemidir. Biz insan olaraq sosial problemlərlə zənginik. Mən həmişə 1 şillədən sonra müəllimə deyirdim ki, niyə vurursunuz, sözlə deyin, başa düşəcəm. İnandırım ki, bu ağzımdan çıxan son söz olurdu. Elə günə salırdı ki, sözün yaradılışından bixəbər olurdum. Uşaqlarınızı qoruyun, bizə oxşamasınlar”.