“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva adından açılan saxta hesablarla bağlı paylaşım edib.
OLAY yazır ki, iş xanımı bu barədə instaqramın hekayə bölməsində yazıb:
“Əziz izləyicilərim, belə dələduzlara, ümumiyyətlə sizdən kart məlumatlarınızı istəyən heç bir səhifəyə inanmayın. Mən heç bir sosial şəbəkəmdə bu tipli paylaşımlar etmirəm”.
Qeyd edək ki, R. Əliyevanın adından açılan saxta hesabda feyk yarışlar keçirilir, qalibə müəyyən miqdarda pul köçürüləcəyi vəd edilir.