WOW
WOW

Sevda Yahyayevanın adından dələduzluq!

Sevda Yahyayevanın adından dələduzluq!

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.

OLAY yazır ki, ifaçı sosial media hesabında bu haqda paylaşım edib.

“Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu bə bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında güya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”, - deyə, o, bildirib.

Qeyd edək ki, eyni durumla iş xanımı Ruhiyyə Əliyeva və Xalq artisti Röya Ayxan da üz-üzə gəlib. Onların adından açılan saxta hesablarda feyk yarışlar keçirilir, qalibin kart hesabına pul köçürüləcəyi vəd edilir.