WOW
WOW

Röya Ayxanın adından dələduzluq!

Röya Ayxanın adından dələduzluq!

Xalq artisti Röya Ayxan saxta hesab açaraq onun adından dələduzluq edənlərlə bağlı paylaşım edib. 

OLAY yazır ki, sənətçi bu barədə instaqramın hekayə bölməsində yazıb:

“Hörmətli izləyicilərim, sevənlərim. Bu və bunun kimi səhifələrə, belə fırıldaqçılara inanmayın. Sizdən kart məlumatı istəyən dələduzlara güvənməyin. Heç bir sosial media hesabımda bu tipli paylaşımlar yoxdur. Postların altında guya pul qazanmış şəxslər tərəfindən yazılan şərhlər də saxta hesablardan yazılır”.

Qeyd edək ki, sözügedən hesabda feyk yarışlar keçirilir, qalibin kart hesabına pul köçürüləcəyi vəd edilir.