Olay
Olay

Diananın hekayəsi təkrarlanır...

Diananın hekayəsi təkrarlanır...

İngiltərə kral ailəsi ilə bağlı qalmaqallı xəbərlər yayılıb.

OLAY yazır ki,  Şahzadə Uilyamla xanımı Keyt Midltonun boşanacağı iddia olunub.

Buna səbəb isə Keytin uzun müddətdir rəsmi və qeyri-rəsmi tədbirlərdə yer almamasıdır.

Bildirilir ki, Şahzadə 3 uşağının anasına Ledi Roz Henbari ilə xəyanət edir. Hətta o, artıq bu münasibəti gizlətmək istəmir. Bəzi mənbələrdə qeyd olunur ki, Ledi eynən Kamilla kimi əvvəlcə Xalqa sevdiriləcək, daha sonra isə kraliça postuna namizəd olacaq. 

Keyt isə artıq boşanmağı tamamilə qərara alıb. Onun qarnından əməliyyat olunduğu və bu səbəbdən tədbirlərdə Uilyamı tək qoyduğu deyilsə də, bunların tamamilə cəfəngiyyat olduğu söylənilir. Çünki doğuşdan sonrakı gün tədbirlərdə yer alan Midltonun bir əməliyyata görə, uzun müddət evdə qalması inandırıcı görünmür. Yəni, Keyt əslində özü Uilyamla bir araya gəlmək istəmir. 

Bu iddiaların güclənməsinə bir digər səbəb isə Midltonun uşaqları ilə fotosu olub. Belə ki, mediaya təqdim olunan şəklin əslində şop olduğu bildirilib. Bunun ardınca Keyt açıqlama verərək fotoya özünün kiçik müdaxilələr etdiyini söyləyib.

BAFTA mükafatlandırma mərasiminə də tək gedən Uilyam ötən gün rəsmi tədbirlərdən birinə Kraliça Kamilla ilə qatılıb. 

Hətta yayılan fotolardan birində Şahzadənin maşında bir xanımla əyləşdiyi görünüb. Əksəriyyət onun Keyt yox, məhz Ledi Roz olduğunu düşünüb. Üzünü kameraların əksi istiqamətinə çevirən qadının Midlton olmadığını deyənlərin sayı çoxdur.

Beləliklə düşünülür ki, Keyti mərhum qayınanası Diananın taleyi gözləyir.

Sosial şəbəkə istifadəçiləri isə Uilyamı qınayır və ona “Atasının oğlu” kimi şərhlər yazırlar.