Olay
Olay

Teoman Bakıda dinləyicilərini ayağa qaldırdı

Teoman Bakıda dinləyicilərini ayağa qaldırdı

Türkiyənin məşhur rok ifaçısı Teoman Azərbaycanda konsert verib.

OLAY yazır ki, sənətçinin Bakı Konqres Mərkəzində baş tutan tədbirində maraqlı anlar yaşanıb.

Gecədə hitlərini səsləndirən sənətçi sona doğru tamaşaçıların ayağa qalxmalarını istəyib.

“Buranı rok konsertinə çevirək. Nə yaxşı siz ayağa qalxdınız, biz də özümüzü bir şey zənn etdik” , - deyə, Teoman zarafat edib.

Bundan başqa o, imzaladığı köynəkləri dinləyicilərinə atıb.