İki il öncə boşanan Şəhriyar Əbilov və Oksana Rəsulova uzun müddət sonra eyni tədbirdə yer alıb.
Onlar ötən gün “Səma ilə görüş” filminin qalasında rastlaşıb. Buna baxmayaraq keçmiş cütlük bir-birini görməzlikdən gəlib. Onlar salamlaşmamaqla yanaşı, üz-üzə gəlməməyə çalışıblar. Həmçinin, zalda ayrı-ayrı cərgələrdə, bir-birinə uzaq əyləşiblər. Gecəyə teatr və serialdakı tərəf müqabili Ziya Ağa ilə qatılan Oksana filmi onunla birgə izləyib. Şəhriyar isə Rəsulovadan aralı məsafədə tək əyləşib.
Sözügedən anlar OLAY-ın kamerasına tuş gəlib.
Qeyd edək ki, eks-cütlüyün Osman adlı oğlu var.